Baku TV-nin "Qarabağ xronikası" verilişində Ermənistan hökumətinin dərc etdiyi 13 arxiv sənədinin, əslində, 30 il ərzində sülh prosesinin qəsdən ləngidildiyini üzə çıxardığı bildirilib.
Qeyd olunub ki, ilk fundamental sənəd olan 1994-cü il Budapeşt Bəyannaməsi münaqişənin dərhal həllini mümkün edən bütün mexanizmləri ehtiva etsə də, onlar məqsədli şəkildə işə salınmayıb.
Bizim.Media xəbər verir ki, sənəd BMT qətnamələrinin icrası, Ermənistan qoşunlarının çıxarılması, birbaşa danışıqlar, ATƏT-in sülhməramlı missiyası, eləcə də məcburi köçkünlərin qayıdışı kimi açar elementləri dəqiq təsbit edirdi.
Lakin Minsk qrupu prosesi nəticəsiz saxlayıb, vasitəçilər danışıqları bloklayan şərtlərə göz yumub və münaqişə uzun illər idarə olunan sabitsizlik alətinə çevrilib.
Verilişdə diqqətə çatdırılıb ki, beynəlxalq strukturların üç onillik ərzində icra etmədiyi bütün əsas öhdəlikləri Azərbaycan 2020-ci ildən sonra özü yerinə yetirib - vasitəçisiz, yeni "təşəbbüslər" olmadan.
Hazırda Bakı ilə İrəvan arasında birbaşa dialoq başlamasına baxmayaraq, bəzi xarici dairələrin prosesi yenidən nəzarət altına almaq cəhdləri müşahidə olunur.
Daha ətraflı süjetdə:
Bizim.Media

































































































