Tramp İlham Əliyevə davamlı dəstəyinə görə təşəkkür edib

Tramp İlham Əliyevə davamlı dəstəyinə görə təşəkkür edib

Hazırda oxunan: Tramp İlham Əliyevə davamlı dəstəyinə görə təşəkkür edib

584162

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Bizim.Media xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Prezident.
 

Nobel Sülh Mükafatına namizədliyimi irəli sürmək üçün Sizin və Baş nazir Paşinyanın birgə məktubunuza görə təşəkkür edirəm. Bizi vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm.


Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyada münaqişələrə son qoymağa, bütün insanlar üçün sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Sizin davamlı tərəfdaşlığınızla qeyri-mümkün nə varsa, ona nail olacağıq.

Davamlı dəstəyinizə görə Sizə bir daha təşəkkür edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO