Prezident İlham Əliyev "Etibarlı Tərəfdaş Konsepsiyası"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, Sərəncamda bildirilib:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin və şəffaflığının artırılması, eləcə də iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi məqsədilə qərara alıram:
1. "Etibarlı Tərəfdaş Konsepsiyası" (bundan sonra – Konsepsiya) təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin;
2.2. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin".
Qeyd edək ki, Azərbaycan Respublikasında Etibarlı Tərəfdaş Konsepsiyası (bundan sonra – Konsepsiya) gömrük–biznes əməkdaşlığı çərçivəsində idarəetmənin təkmilləşdirilməsini, xarici iqtisadi fəaliyyətin beynəlxalq ticarət-təchizat zəncirinin yeni tələblərinə uyğunlaşdırılmasını və ticarətin asanlaşdırılmasını hədəfləyir.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
16:48 / 05.12.2025
“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib – SƏRƏNCAM
Hazırda oxunan: “Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib – SƏRƏNCAM
Hazırda oxunan: “Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib – SƏRƏNCAM
584028
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































