Fridrix Merts İlham Əliyevə ZƏNG ETDİ

Fridrix Merts İlham Əliyevə ZƏNG ETDİ

Hazırda oxunan: Fridrix Merts İlham Əliyevə ZƏNG ETDİ

583892

Dekabrın 4-də Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bizim.Media xəbər verir ki, Fridrix Merts, ilk növbədə, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Kansler Almaniyanın regionda sabitliyi dəstəklədiyini vurğulayıb.

Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycanın regional sülh təşəbbüslərinin müəllifi olduğunu qeyd edib.
 

Prezident İlham Əliyev ölkəmizin regionda davamlı sülhün təmin olunması və möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bildirib. Telefon danışığı zamanı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Kansler Fridrix Merts dövlətimizin başçısını Almaniyaya səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən Prezident İlham Əliyev öz növbəsində Almaniya Kanslerini Azərbaycana səfərə dəvət edib. Fridrix Merts də dəvəti məmnunluqla qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO