“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının tərkibi dəyişib.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Müşahidə Şurasının tərkibindən Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri və Rəşad İsmayılov – Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinin müdiri çıxarılır.
Siyahıya Mehman İsmayılov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsi şöbəsinin müdiri və Əli Cəfərov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini əlavə edilir.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:32 / 04.12.2025
Prezidentdən “AzerGold”la bağlı SƏRƏNCAM
Hazırda oxunan: Prezidentdən “AzerGold”la bağlı SƏRƏNCAM
Hazırda oxunan: Prezidentdən “AzerGold”la bağlı SƏRƏNCAM
583835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































