Hikmət Hacıyev NATO Baş Qərargahında – FOTO

Hikmət Hacıyev NATO Baş Qərargahında – FOTO

Hazırda oxunan: Hikmət Hacıyev NATO Baş Qərargahında – FOTO

582879

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş Qərargahını ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyi "X" hesabında məlumat verib.

Brüsselə səfəri çərçivəsində NATO Baş Qərargahında Azərbaycan Prezidentinin köməkçisi NATO-nun Şimal Atlantik Şurasının səfirləri, eləcə də Baş katibin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Ruqe Borislə görüşüb.

Görüş zamanı NATO-nun Şimal Atlantik Şurası səfirlərinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü xatırlanıb.

Tərəflər genişmiqyaslı məsələlər üzrə, o cümlədən uğurlu Azərbaycan-NATO tərəfdaşlığı və əməkdaşlıq perspektivləri barədə, Avropanın enerji təhlükəsizliyi, regional təhlükəsizliyə dair məsələlər və Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO