Azərbaycan-BƏƏ Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ilk iclası KEÇİRİLDİ – FOTO

Azərbaycan-BƏƏ Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ilk iclası KEÇİRİLDİ – FOTO

Hazırda oxunan: Azərbaycan-BƏƏ Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ilk iclası KEÇİRİLDİ – FOTO

582852

27 noyabr 2025-ci il tarixində Əbu-Dabi şəhərində Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ilk iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
 

Sözügedən komitə cari ilin 16 sentyabr tarixində BƏƏ Prezidentinin ölkəmizə səfəri zamanı imzalanmış Azərbaycan və BƏƏ arasında Hərtərfli Strateji Tərəfdaşlıq əlaqələri Haqqında Birgə Bəyannamədən irəli gələrək yaradılıb.


İclasa komitənin həmsədrləri qismində Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BƏƏ tərəfindən isə Xarici İşlər Nazirliyində dövlət naziri Saeed Al Hajeri rəhbərlik ediblər.

İclasın formatına uyğun olaraq, ilk növbədə həmin komitənin tərkibindəki siyasi və diplomatik, iqtisadi, humanitar, müdafiə və hüquq-mühafizə, habelə enerji və dayanıqlılıq üzrə alt komitələrin görüşləri baş tutub.

Bu çərçivədə aparılmış müzakirələr zamanı müvafiq istiqamətlər üzrə mövcud əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin inkişaf perspektivlərinə dair təkliflər və mümkün layihələr nəzərdən keçirilib.

Komitənin işi çərçivəsində nazir müavini Y.Rəfiyev və dövlət naziri S. Al Hajeri arasında təkbətək görüş baş tutub. Daha sonra, həmsədrlərin rəhbərliyi və aidiyyəti qurumların nümayəndələrinin, habelə hər iki ölkənin səfirlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib, alt komitələrin həmsədrləri irəli sürülmüş təkliflər və layihələr barədə məlumat veriblər. Həmsədrlər konkret nəticələrin əldə olunması məqsədilə müvafiq işlərin aparılması, o cümlədən yol xəritəsi və iş planlarının razılaşdırılaraq qəbul edilməsi ilə bağlı gözləntilərini ifadə ediblər. Bununla yanaşı, növbəti görüşlərin və ümumilikdə komitənin işinin modallıqları və təqvimi müəyyənləşdirilib.

İclas zamanı son dövrlər ərzində Azərbaycan-BƏƏ əlaqələrinin dinamik inkişafından böyük məmnunluq ifadə olunub. 
 

Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin və həmin səfərlər çərçivəsində əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərin əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsindəki əsas rolu vurğulanıb. 


İclasda Xarici İşlər Nazirliyi ilə yanaşı, Azərbaycan Respublikası tərəfindən İqtisadiyyat, Energetika, Ədliyyə, Müdafiə, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, habelə Dövlət Turizm Agentliyinin, SOCAR və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO