Ceyhun Bayramov britaniyalı nazirlə üçtərəfli bəyanatların icrasını müzakirə etdi

Ceyhun Bayramov britaniyalı nazirlə üçtərəfli bəyanatların icrasını müzakirə etdi

Hazırda oxunan: Ceyhun Bayramov britaniyalı nazirlə üçtərəfli bəyanatların icrasını müzakirə etdi

58188

Xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Kris Hiton-Harris ilə telefonla danışıb.

Bizim.Media XİN-ə istinadən xəbər verir ki, söhbət zamanı tərəflər Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında çoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı ətrafında fikir mübadiləsi aparıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov türkiyəli həmkarı ilə telefonda nəyi müzakirə etdi?


Regional təhlükəsizlik məsələləri, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər tərəflərin müzakirə mövzusu təşkil edib.

Cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağına istinad edən nazirlər, bu münasibətlə birgə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Bu xüsusda qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulanıb.

Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi və sədrlik prioritetlərinin həyata keçirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO