Baş katib: “Azərbaycan D-8-ə üzv seçilən gündən öz töhfəsini əsirgəməyib”

Baş katib: “Azərbaycan D-8-ə üzv seçilən gündən öz töhfəsini əsirgəməyib”

Hazırda oxunan: Baş katib: “Azərbaycan D-8-ə üzv seçilən gündən öz töhfəsini əsirgəməyib”

581654

“D-8 təşkilatına üzv olan ölkələrin əməkdaşlığı təkcə iqtisadiyyatda deyil, həmçinin media və kommunikasiya sahəsində böyük önəm daşıyır. Azərbaycan D-8-ə üzv seçilən gündən öz töhfəsini əsirgəməyib, bu təşkilatda qeyri-adi təşəbbüslərlə çıxış edib. Keçən ay keçirilən D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqunda yol xəritəsi müəyyən olunub”.

Bizim.Media xəbər verir ki, bu sözləri D-8 Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam D-8 Media Forumunun açılış mərasimində deyib.

O, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, ölkəmizə artıq dəfələrlə səfərə gəldiyini və özünü evindəki kimi hiss etdiyini bildirib: 

“Azərbaycanın bu mötəbər təşkilata qoşulmasından sonra canlanmalar hiss olunur. D-8 Media Forumunun Bakı şəhərində ilk dəfə olaraq keçirilməsindən çox məmnunuq”.
 

Baş katibin sözlərinə görə D-8 təşkilatı öz mövqeyini, həmçinin medianın nüfuzunu və təsir gücünü artırmalıdır. 


“Təşkilatımızın tutduğu mövqeyi beynəlxalq səviyyəyə çatdırmalıyıq. Planlarımızda ümumi yayım assosiasiyasını yaratmaq var. Həmçinin təşkilata üzv olan ölkələrdə jurnalistika məktəblərinin yaradılmasını və təqaüdlərin ayrılmasını təklif etmək istərdik. Bu tədbirin hər il keçirməsi medianın inkişaf etdirilməsinə kömək ola bilər. D-8 ölkələrinin birgə əməkdaşlıq edərək fərqlənmə mərkəzi ərsəyə gətirmələri üçün vəsait ayrılmasını təklif edirik", - deyə İsiaka Abdulqadir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO