Azərbaycanla I‌taliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanlar müzakirə olundu - FOTO

Azərbaycanla I‌taliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanlar müzakirə olundu - FOTO

Hazırda oxunan: Azərbaycanla I‌taliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanlar müzakirə olundu - FOTO

581086

İtaliyada səfərdə olan Milli Müdafiə Univetsitetinin rektoru general-mayor Gündüz Əbdülov və onun rəhbərlik etdiyi nu‌mayəndə heyəti Müdafiə üzrə Ali Tədqiqatlar Mərkəzini ziyarət edib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.
 

Bildirilib ki, əvvəlcə mərkəzin direktoru general-polkovnik Stefano Mannino Azərbaycan nümayəndə heyətini salamlayaraq onları ölkəsində qəbul etməkdən böyük məmnunluq duyduğunu bildirib. O, iki ölkə arasında hərbi təhsil sahəsində formalaşmış əməkdaşlığın etibarlı tərəfdaşlıq və qarşılıqlı etimada əsaslandığını xüsusi olaraq diqqətə çatdırıb.


General-mayor Gündüz Əbdülov qonaqpərvər münasibətə görə təşəkkür edərək, aparılan görüşlər və müzakirələrin hər iki ölkənin hərbi təhsil sahəsində formalaşmış əməkdaşlığı üçün yeni imkanlar yaradacağını vurğulayıb. O, əməkdaşlıq istiqamətində atılan addımların təcrübə mübadiləsinə töhfə verəcəyini və gələcək birgə fəaliyyət üçün əhəmiyyət daşıdığını qeyd edib.
 

Daha sonra Azərbaycan nümayəndə heyətinə İtaliyanın Müdafiə üzrə Ali Tədqiqatlar Mərkəzinin yaranma tarixi, tədris modeli, həmçinin qurumun qarşısında duran strateji hədəflər və əsas fəaliyyət istiqamətləri barədə geniş təqdimat keçirilib. Heyətin üzvlərini maraqlandıran məqamlara dair suallar ətraflı şəkildə cavablandırılıb.


Go‌ru‌s‌u‌n sonunda general-mayor Gündüz Əbdülov xatirə kitabına o‌z səmimi fikirlərini qeyd edib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO