Azərbaycan COP-a sədrliyi Braziliyaya TƏHVİL VERDİ – FOTO

Azərbaycan COP-a sədrliyi Braziliyaya TƏHVİL VERDİ – FOTO

Hazırda oxunan: Azərbaycan COP-a sədrliyi Braziliyaya TƏHVİL VERDİ – FOTO

580231

“Azərbaycan COP sədrliyini böyük qürur hissi və qlobal iqlim fəaliyyəti üçün qalıcı mirasla Braziliyaya təhvil verib”.

Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “X” hesabında məlumat verib.

“Dövlət başçımızın qətiyyəti və nümunəvi liderliyi ilə COP prosesi üçün analoqu olmayan qısa müddət ərzində COP29-un möhtəşəm təşkili və əldə olunan tarixi nəticələr, eləcə də COP-a sədrlik etdiyimiz son 1 il ərzində nümayiş etdirilən fəallıq ölkəmizin qlobal gündəliyə dəyərli töhfələr vermək potensialını bir daha nümayiş etdirmiş oldu.
 

Bu müddət ərzində birlikdə çalışmaqdan zövq aldığımız COP29-un sədri Muxtar Babayev başda olmaqla, COP29 Sədrlik heyətində təmsil olunan həmkarlarımıza - o cümlədən Nigar Arpadaraiyə, Nərmin Carçalovaya və Leyla Həsənovaya, dövlət qurumlarımıza və digər bütün tərəfdaşlarımıza təşəkkür edirik.


Qəbul edilmiş qərarların əhəmiyyəti baxımından Paris və Kyoto COPları ilə müqayisə olunan COP29-un danışıqlar prosesinin uğurlu nəticələnməsinə hörmətli nazirimiz Ceyhun Bayramovun rəhbərliyi altında müstəsna töhfə vermiş diplomat həmkarlarıma xüsusi dərin minnətdarlığımı bildirirəm.

COP29 bitsə də, statusundan asılı olmayaraq Azərbaycan qlobal iqlim danışıqlarında fəal qalmağa və Qlobal Cənub və Şimal arasında indiyə qədər müvəffəqiyyətlə oynadığı körpü rolunu oynamağa davam edəcək”, - deyə Yalçın Rəfiyev bildirib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO