Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Vüqar Vahid oğlu Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
Xatırladaq ki, Vüqar Novruzov bu vəzifədə 2019-cu ildən çalışırdı.
Qeyd edək ki, o, 7 oktyabr 1980-ci ildə Bakı şəhərində anadan olub.
2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecmenti ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
13:43 / 12.11.2025
Naftalanın icra başçısı işdən çıxarıldı - Göygölə TƏYİNAT ALDI
Hazırda oxunan: Naftalanın icra başçısı işdən çıxarıldı - Göygölə TƏYİNAT ALDI
Hazırda oxunan: Naftalanın icra başçısı işdən çıxarıldı - Göygölə TƏYİNAT ALDI
580179
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































