Azərbaycan və Oman diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün qarşılıqlı viza azadolması haqqında Saziş imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
“Bu, iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində növbəti addımdır”, - paylaşımda deyilir.
Qeyd edək ki, hər iki ölkə arasında həmçinin konsulluq əməkdaşlığı haqqında Anlaşma Memorandumu da imzalanıb.

Bizim.Media






























































































