\

\"Ermənistan Fransanın kiçik bacısıdır\" - Sahib Alıyev

Hazırda oxunan: \"Ermənistan Fransanın kiçik bacısıdır\" - Sahib Alıyev

57693

"Oxuyuram ki, Lüksemburqla Ermənistanın xarici işlər nazirləri görüşərək Avropadakı proseslər və hətta beynəlxalq məsələlərlə bağlı öz fikirlərini bölüşüblər. Təbii ki, Qarabağdan da danışmamış ötüşməyiblər. Yəqin böyük dövlətlər məhz bu görüşü gözləyirlərmiş, Jan Asselbornla Ararat Mirzoyan nə qərara gəliblərsə, dünyadakı proseslər də ona uyğun gedəcək".

Bizim.Media xəbər verir ki, bu kinayəli fikirlər millət vəkili Sahib Alıyevə məxsusdur.

Onun "Facebook" postunun davamə belədir:

"Xatırladaq ki, Lüksemburq Fransada "kiçik bacı" adlandırılan Ermənistana böyük bacı kimi yanaşır və  Azərbaycan öz torpaq bütünlüyünü təmin edəndən sonra regiondakı vəziyyətlə bağlı tez-tez narahatlığını dilə gətirir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO