Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.
Bizim.Media xəbər verir ki, söhbət zamanı qonağın Xankəndi şəhərində keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakının önəminə toxunulub.
Anaklaudia Rossbax forumun yüksək səviyyədə təşkil edildiyini deyərək, həmin tədbirdə şəhərsalma məsələləri ilə bağlı çox aktual müzakirələrin aparıldığını vurğulayıb.
Azərbaycan-UN-Habitat tərəfdaşlığı çərçivəsində ölkəmizdə indiyədək bir neçə milli şəhərsalma forumunun keçirildiyi məmnunluqla qeyd edilib.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan irimiqyaslı bərpa-yenidənqurma işlərinə toxunuldu, işğaldan azad edilmiş ərazilərimizdə şəhər və kəndlərimizin inşasında yeni müasir şəhərsalma modelinin tətbiq olunduğu bildirilib.
Qonaq Azərbaycanın BMT-nin Məskunlaşma Proqramına könüllü maliyyə töhfələrinə və onun fəaliyyətini dəstəklədiyinə görə təşəkkürünü bildirib. O, COP29-un ölkəmizdə uğurla keçirildiyini vurğulayaraq, bu tədbirdə iqlim gündəliyi ilə urbanizasiya fəaliyyətinin bir araya gətirildiyini və bu xüsusda Azərbaycanın təşəbbüslərlə çıxış etdiyini məmnunluqla vurğulayıb.
Görüşdə 2026-cı ildə ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Digər mötəbər beynəlxalq tədbirlər kimi bunun da yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
12:19 / 16.10.2025
İlham Əliyev Anaklaudia Rossbaxı qəbul etdi – FOTO/VİDEO
Hazırda oxunan: İlham Əliyev Anaklaudia Rossbaxı qəbul etdi – FOTO/VİDEO
Hazırda oxunan: İlham Əliyev Anaklaudia Rossbaxı qəbul etdi – FOTO/VİDEO
575581
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.