Azərbaycan nümayəndə heyəti NATO PA-nın 71-ci illik sessiyasında – FOTO

Azərbaycan nümayəndə heyəti NATO PA-nın 71-ci illik sessiyasında – FOTO

Hazırda oxunan: Azərbaycan nümayəndə heyəti NATO PA-nın 71-ci illik sessiyasında – FOTO

575008

Sloveniyanın paytaxtı Lyublyana şəhərində NATO Parlament Assambleyasının (PA) 71-ci illik sessiyası keçirilir.

Azərbaycanın NATO-dakı Nümayəndəliyindən Bizim.Media-ya verilən xəbərə görə, 10-13 oktyabr tarixlərində keçirilən sessiyada Alyansa üzv olan 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndə heyətləri iştirak edirlər.

Sessiya çərçivəsində NATO-nun üzləşdiyi təhlükəsizlik çağırışları, Alyansın müdafiəsinin, o cümlədən şərq cinahında müdafiənin və davamlılığın gücləndirilməsi, NATO-nun yeni müdafiə xərclərinin arxitekturası, Avropanın və Transatlantikanın müdafiə sənayesi, Deyton Sülh Razılaşmasının 30 illiyi, Qərbi Balkanların təhlükəsiz və sabit gələcəyi, BMT Təhlükəsizlik Şurasının qadın, sülh və təhlükəsizlik mövzusuna həsr olunmuş 1325 nömrəli Qətnaməsinin 25 illiyi, geniş Qara Dəniz regionuna təhlükələr, müttəfiqlərin kritik dəniz infrastrukturuna təhlükələr, Avro-Atlantika məkanında hibrid təhdidlər, geo-iqtisadi parçalanma, Şimali Amerika və Avropanın müdafiəsinin inkişafı, Hind-Sakit okeanı regionu ilə tərəfdaşlıq perspektivləri, Ukraynadakı müharibə, Arktika, çoxqütblü dünyada elm və texnologiyalar, kosmik fəza, kibertəhlükəsizlik, yüksək texnologiyaların və süni intellektin tətbiqi, pilotsuz uçuş aparatları ilə aparılan müharibələrin gələcəyi və digər mövzular ətrafında müzakirələr aparılmışdır.
 

Həmçinin Assambleya tərəfindən qəbul olunmuş hesabatlarda Azərbaycanın müttəfiq və tərəfdaş dövlətlərinin enerji təhlükəsizliyinə töhfəsi, ölkəmizdə humanitar minatəmizləmə sahəsində qadınların rolu və milli maraqlarımıza cavab verən digər müddəalar əks olunub.


Sessiyada millət vəkili Ramid Namazovun rəhbərlik etdiyi AR Milli Məclisinin NATO PA-dakı nümayəndə heyəti və Azərbaycanın NATO yanında Nümayəndəliyi iştirak edir.

Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə, İtaliya, Serbiya, Macarıstan, Belçika, Slovakiya, Latviya, Rumıniya, habelə digər müttəfiq və tərəfdaş dövlətlərin parlament nümayəndə heyətləri ilə görüşlər keçirilib.

Görüşlərdə Azərbaycan-NATO PA çərçivəsində tərəfdaşlıq, Azərbaycanın müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinə töhfələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb. Həmçinin Azərbaycan nümayəndə heyəti ilə NATO Parlament Assambleyasının yeni seçilmiş Baş Katibi xanım Benedetta Berti arasında tanışlıq görüşü baş tutub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO