Ombudsman ATƏT-in Forumunda çıxış etdi

Ombudsman ATƏT-in Forumunda çıxış etdi

Hazırda oxunan: Ombudsman ATƏT-in Forumunda çıxış etdi

57292

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva videokonfrans vasitəsilə Azərbaycanın sədrliyi ilə keçirilən ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumu çərçivəsində (TƏF) təşkil olunmuş “Beynəlxalq humanitar hüquqa əməl olunması və mülki şəxslərin müdafiəsi” mövzusunda Təhlükəsizlik Dialoqunda məruzə ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, S.Əliyeva beynəlxalq insan hüquqları hüququnun və beynəlxalq humanitar hüququn təməl prinsipləri, bu sahədə mövcud beynəlxalq sənədlərin icrasında dövlətlərin üzərinə düşən öhdəliklər, beynəlxalq humanitar hüquq normalarının implementasiyası, bu normaların pozulması hallarının müstəqil araşdırılmasında milli insan hüquqları təsisatlarının rolu barədə danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

ATƏT-dən sərhəddəki gərginliklə bağlı BƏYANAT


Dünyada humanitar problemlərdən biri kimi diqqət mərkəzində olan məcburi köçkün probleminin 30 ilə yaxın müddət ərzində Azərbaycan üçün aktual problemlərdən biri olduğunu bildirən Ombudsman çıxışında Ermənistanın işğalçılıq siyasəti nəticəsində məcburi köçkünə çevrilmiş bir milyonadək azərbaycanlının yaşamaq, işgəncəyə məruz qalmamaq, mülkiyyət, ədalətli məhkəmə araşdırması hüququ kimi bir çox fundamental hüquqlarının kobudcasına pozulduğunu bildirib.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın işğalından azad edilmiş ərazilərə məcburi köçkünlərin qayıdışı üçün dövlət tərəfindən kompleks tədbirlərin həyata keçirildiyi, “ağıllı kənd” və “ağıllı şəhər”lərin salınmasına başlandığı, Füzulidə beynəlxalq aeroportun tikilib istifadəyə verildiyi, yol və nəqliyyat infrastrukturunun yenidən qurulduğu diqqətə çatdırılıb.

Məruzənin yekununda Ombudsman beynəlxalq humanitar hüququn implementasiyası və təbliği sahəsində milli insan hüquqları institularının roluna diqqət çəkərək, bu sahədə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin insan hüquq pozuntularının qarşısının alınması baxımından əhəmiyyətli oduğunu qeyd edib.

Daha sonra iclasda digər məruzələr dinlənilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO