Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və xarici İşlər naziri Mövlud Çavuşoğlu Kiyevə səfəri çərçivəsində Ukraynanın Baş Naziri Denis Şmıqalla görüşüb.
Bizim.Media “Hüriyyet”ə istinadla xəbər verir ki, görüşdə Ukrayna və Türkiyə arasında əməkdaşlığın inkişafı müzakirə edilib.
H. Akar oktyabr ayındakı zəfərin davamı olaraq Ukraynada olmaqdan məmnunluğunu ifadə edib. Türkiyə və Ukraynanın 2011-ci ildən bəri strateji əməkdaşlığı olduğunu dilə gətirən Akar iki ölkə arasında mükəmməl əlaqələrin olduğunu vurğulayıb.
Türkiyəli nazir iki ölkə prezidentləri arasındakı dostluğa da diqqət çəkib.
O, Ukraynanın NATO-ya inteqrasiyasını dəstəktəklədiyini bildirərək, Krım tatarlarının təhlükəsizliyinin, hüquq və mənafelərinin qorunmasının vacibliyini vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:44 / 19.12.2020
Hulusi Akar: “Krım tatarlarının mənafeləri qorunmalıdır”
Hazırda oxunan: Hulusi Akar: “Krım tatarlarının mənafeləri qorunmalıdır”
Hazırda oxunan: Hulusi Akar: “Krım tatarlarının mənafeləri qorunmalıdır”
5710
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.