Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar fransalı diplomatlarla birlikdə Azərbaycan və Ermənistana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə T. Klaar öz “Twitter” hesabında paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Avropa İttifaqından Ermənistanın sərhəddə törətdiyi təxribata MÜNASİBƏT
O, Brüssel görüşlərinin ardınca fransalı diplomat İsabel Dumont və digər həmkarları ilə Aİ-Fransa birgə səfəri çərçivəsində qarşıdakı günlərdə Azərbaycan və Ermənistan rəhbərliyi ilə substantiv görüşlər keçiriləcəyini bildirib.
Bizim.Media