"Seçki Məcəlləsinə əsasən, Dairə Seçki Komissiyaları 5 ildən bir yenidən formalaşdırılır. Artıq bu proseslər başa çatıb. Biz indi hazırlıq işləri aparırıq. Seçki komissiyaları hər zaman hazır olmalıdır. Biz o mərhələdəyik və onunla məşğuluq. Heç bir problem yoxdur".
Bizim.Media-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
“Elə seçki heç kimə lazım deyil” – Razi Nurullayevdən SƏRT TƏNQİD
MSK sədrinin Milli Məclisdə boş qalan deputat yerlərinə təkrar seçkinin nə zaman keçiriləcəyi barədə suala cavabı belə olub:
"Niyə narahat olursunuz? Seçki elan olunanda eşidəcəksiniz. Ondan sonra bir yerdə işləyəcəyik".
Bizim.Media