Ceyhun Bayramov Ermənistan nümayəndəsinin əsassız iddialarını RƏDD ETDİ

Ceyhun Bayramov Ermənistan nümayəndəsinin əsassız iddialarını RƏDD ETDİ

Hazırda oxunan: Ceyhun Bayramov Ermənistan nümayəndəsinin əsassız iddialarını RƏDD ETDİ

56200

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda (TƏF) Ermənistan nümayəndəsinin əsassız iddialarına cavab verib.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrlik Azərbaycana keçdi


İclasda C.Bayramov Azərbaycanın TƏF sədrliyini təbrik edən, Azərbaycanın prioritetlərini dəstəkləyən və bu istiqamətdə rəsmi Bakı ilə birgə işləməyə hazır olduğunu ifadə edən bütün iştirakçılara minnətdarlığını ifadə edib, səsləndirilən bir sıra rəy və təkliflərə münasibət bildirib.

Eyni zamanda, nazir müzakirələr zamanı Ermənistan nümayəndəsi tərəfindən səsləndirilən əsassız iddiaları rədd edib və Azərbaycanın regional təhlükəsizliklə bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyi iştirakçıların diqqətinə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO