Bu, mənim Azərbaycana ilk səfərimdir. Azərbaycana gəldiyim üçün çox məmnunam. İnanıram ki, əlaqələrimiz mütəmadi şəkildə inkişaf edəcək.
Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Monteneqro parlamentinin sədri Aleksa Beçiç deyib.
MÖVZU İLƏ BAĞLI:
Sahibə Qafarova Bakıya gələn monteneqrolu həmkarı ilə nəyi müzakirə edəcək?
“Azərbaycan-Monteneqro əlaqələri parlamentlər səviyyəsində də inkişaf edir. Bu əlaqələrin bir çox digər istiqamətlərdə də inkişafı üçün imkanlar var. Ölkələrimiz arasında əlaqələr yeni qurulsa da, inanırıq ki, bu münasibətlər daha da inkişaf edəcək. Bizim bu səfərdən gözləntilərimiz çoxdur”, deyə o, qeyd edib.
Bizim.Media