28 ildir bağlı olan Türkiyə-Ermənistan sərhədi bu gün açıla bilər  – Moskva görüşü NƏ VƏD EDİR?

28 ildir bağlı olan Türkiyə-Ermənistan sərhədi bu gün açıla bilər  – Moskva görüşü NƏ VƏD EDİR?

Hazırda oxunan: 28 ildir bağlı olan Türkiyə-Ermənistan sərhədi bu gün açıla bilər  – Moskva görüşü NƏ VƏD EDİR?

55308

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) yanvarın 14-də dialoq prosesi ilə bağlı Moskvada Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşündən əsas gözləntilərini açıqlayıb.

Belə ki, Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan "armenpress"ə müsahibəsində “Biz gözləyirik ki, proses nəticəsində Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər qurulacaq və iki ölkə arasında 90-cı illərin əvvəllərində Türkiyə tərəfindən birtərəfli qaydada bağlanmış sərhəd yenidən açılacaq”, - deyə qeyd edib.

Bəs, Ermənistan tərəfinin bu istəyinin gerçəkləşməsi nə qədər realdır?

Mövzunu Bizim.Media üçün şərh edən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli fikrincə proseslərin gedişi son nəticədə buna gətirib çıxara bilər:
 

MÖVZU İLƏ BAĞLI:

Ankara və İrəvanın Moskva görüşü – Ermənistan “Ararat”dan əl çəkəcəkmi? – Politoloqdan CAVAB


“Regionda gedən proseslər onu göstərir ki, bu münasibətlər qurulmalıdır. Türkiyə vaxtilə şərt qoymuşdu ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun və daha sonra münasibətləri yarada bilərik. Bir müddət əvvəl Türkiyə rəsmilərinin açıqlamasında Ermənistanla əlaqələrin Azərbaycanın razılığı ilə reallaşacağı bildirildi. Azərbaycan tərəfi isə buna etiraz etmir”.

Partiya sədrinin qənaətinə görə, indiki situasiyada bunun qısa vaxt ərzində reallaşması çətin görünür:

“Amma əlaqələrin olması, gələcəkdə rəsmi danışıqların davam etməsinə və münasibətlərin qurulmasına gətirib çıxara bilər. Lakin Ermənistan Azərbaycanın ərazi bütövlüyünü hələ də rəsmən tanımayıb, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə rəsmi olaraq başlamayıb, Zəngəzur dəhlizi ilə bağlı bir çox məsələlər hələ də həllini tapmayıb. İlk növbədə Ermənistan bu məsələləri həll etməlidir. Hesab edirəm ki, sadalanan nüansların nəticəyə qovuşması, həmin münasibətlərin normallaşmasına və yenidən qurulmasına kömək edən amil olardı”.

- Bildiyiniz kimi, Ermənistanın Türkiyəyə hələ də ərazi iddiaları var və Ağrı dağının rəsmi bu ölkənin gerbində əks olunub. Sizcə, rəsmi Ankara danışıqlar masasında bu məsələni qey-şərt kimi irəli sürəcəkmi?

“Bəli, hesab edirəm ki, əgər ərazi iddiaları və bunu təsdiq edən hər hansı simvol varsa, bu danışıqlarda şərt kimi qoyulmalıdır. Eyni zamanda, Ermənistanın ərazi iddiaları təkcə Ağrı dağından ibarət deyil, onların İğdır və Van vilayətlərinə də ərazi iddiaları var. İrəvan Türkiyəyə, həmçinin Azərbayacan olan ərazi iddialarından əl çəkməlidir. Rəsmən elan edilməlidir ki, Ermənistan sözügedən ərazilərə heç bir iddia irəli sürməyəcək və ya buna işarə edən hər hansı simvoldan istifadə edilməyəcək. Bu danışıqlarda mütləq şərt kimi qoyulmalıdır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO