İlham Əliyevdən Minsk qrupu ilə bağlı suala zarafatyana CAVAB: “Pensiya ərəfəsindədirlər” - VİDEO

İlham Əliyevdən Minsk qrupu ilə bağlı suala zarafatyana CAVAB: “Pensiya ərəfəsindədirlər” - VİDEO

Hazırda oxunan: İlham Əliyevdən Minsk qrupu ilə bağlı suala zarafatyana CAVAB: “Pensiya ərəfəsindədirlər” - VİDEO

55135

Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verdiyi barədə xəbər vermişdik.

Bizim.Media-nın məlumatına görə, dövlət başçısı üç saata yaxın davam edən müsahibədə ATƏT-in Minsk qrupu barədə də danışıb.

Azərbaycan Prezidenti jurnalistin “ATƏT-in bu Minsk qrupu faktiki olaraq 30 il müddətində heç bir irəliləyişə nail olmadı və Azərbaycan öz gücünə istər beynəlxalq hüququ, istərsə də BMT-nin məlum qətnamələrini özü təmin etdi.
 

MÖVZU İLƏ BAĞLI:

“Atam Xankəndiyə gələndə Koçaryan-Sarkisyan onu ayaqüstə qarşılayıb, əl çalırdı” – İLHAM ƏLİYEV


Münaqişə həll olunandan sonra isə Minsk qrupu bir neçə bəyanat verdi və ondan sonra yoxa çıxdı. Onlardan heç xəbər də yoxdur. Sizdə hər hansı məlumat varmı? Onlar nə işlə məşğuldurlar?” sualına maraqlı cavabı ilə diqqət çəkib.

Minsk qrupunun fəaliyyətini aşağı qiymətləndirən dövlət başçısı, suala zarafatyana cavab verib:

“Yox, məndə də məlumat yoxdur. Hesab edirəm ki, onlar indi yubiley tədbirlərinə hazırlaşırlar. Çünki bildiyiniz kimi, Minsk qrupu 1992-ci ildə yaradılmışdır və bu il 30 illiyidir. Yəqin ki, bu tədbirlərin hazırlanması onları məşğul edir”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO