“Heç bir ölkə Azərbaycanı təzminat davasından yayındıra bilməz” – Çingiz Qənizadə

“Heç bir ölkə Azərbaycanı təzminat davasından yayındıra bilməz” – Çingiz Qənizadə

Hazırda oxunan: “Heç bir ölkə Azərbaycanı təzminat davasından yayındıra bilməz” – Çingiz Qənizadə

54830

“Təzminatla bağlı işlər gedir və müvafiq prosedur hazırlanır”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.

Belə ki, Azərbaycanın 30 illik işğal zamanında Ermənistan tərəfindən vurulan zərərə görə təzminat iddiası ilə çıxış etməsi məsələsi haqqında fikirlərini bölüşən hüquq müdafiəçisi beynəlxalq məhkəmələrdə dava açılacağını qeyd edib:

“Hətta mülki həyatda belə insanların bir-birilərinə vurduğu zərərə görə təzminat davası açılır. Nəzərə alaq ki, Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğal etməklə bərabər bölgənin yeraltı və yerüstü sərvətlərini, eyni zamanda daşınar, daşınmaz əmlakları məhv edib. Bundan əlavə, Ermənistan vandallıq əməlləri törədərək, qəbristanlıqları belə məhv ediblər. Bu səbəblərə görə, təbii ki, Ermənistana təzminat davası açılacaq”.

Çingiz Qənizadənin zərərin qiymətləndirilməsi üçün beynəlxalq təşkilatların cəlb olunmasını düzgün addım kimi dəyərləndirib:

“Çox haqlı olaraq, Azərbaycan tərəfi təzminat iddiasının açılması ilə bağlı beynəlxalq qiymətləndirici təşkilatların fəaliyyətindən istifadə etməyi düzgün addım idi. Çünki bu cür təşkilatların fəaliyyəti dünya miqyasında tanınır. Cəlbedilmiş təşkilatların nümayəndələri tərəfindən hazırlanmış sənədlər, eyni zamanda beynəlxalq qurumlar tərəfindən baxılacağı təqdirdə onlara qarşı hər hansı şübhənin qalmayacağı ehtimalı var”. 

Hüquq müddafiəçisi dəymiş ziyanın müəyyənləşdirilməsində hansı detalların nəzərə alınacağını da diqqətə çatdırıb. Müsahibimizin fikrincə, zərərin miqdarı ilə bağlı indidən fikir bildirmək doğru olmazdı:

“Bu aspektlərdən yanaşdıqda deyə bilərik ki, biz təzminat davası açacağıq. Məsələ ilə bağlı Cənab Prezident də vaxtaşırı olaraq işğaldan azad olunmuş rayonlarımıza vurulan ziyanın həcmi haqqqında açıqlamalar verir. Bunlar təbii ehtiyatların dağıdılması, min hektarlarla meşələrimizin talan edilməsidir. Bu cür zərərlərin qiymətləndirilməsi mümkündür. İşğala qədər həmin ərazilərdə olan dövlət və özəl mülklərin də siyahısı var. Onlarla bağlı da iş aparılır. Təbii ki, proseslərin sonu Azərbaycanın Ermənistana qarşı təzminat iddiası ilə yekunlaşacaq. İddianın predemtində ilkin dəyərin nə qədər olacağını indidən söyləmək doğru olmazdı.
 

Çünki son olaraq, müxtəlif sahələr üzrə; yeraltı sərvətlər, flora və fauna, dövlət və sahibkar mülkiyyətlərinə dəyən ziyanın qiymətləndirilməsi ilə bağlı işlər yekunlaşdıqdan sonra biz qiymətlə bağlı fikir söyləyə bilərik”.


Çingiz Qənizadə 3-cü dövlətlərin Azərbaycanı təzminat davasından yayındıra bilməyəcəyini də sözlərinə əlavə edib:

“Lakin təzminatla bağlı iddiadan bizi heç bir dövlət yayındıra bilməz. Heç bir dövlət deyə bilməz ki, Ermənistanla sülh sazişi imzalayırsansa, təzminat davasından imtina et və s. Və Ermənistanı buna məcbur edəcəklər. Çünki oxşar presedentlər mövcuddur. İraqın Küveytə qarşı təcavüzündə 50 milyard təzminatdan söhbət gedirdi və İraqa bunu ödətdirdilər”. 

Azərbaycanın təzminat iddiası təmin ediləcək...

“Ona görə də, hesab edirəm ki, Azərbaycan tərəfi beynəlxalq qiymətləndiricilərin sənədləri əsasında hazırlanmış sənədləri beynəlxalq məhkəmələr təqdim etdikdə, onların həqiqi və doğruluğuna şübhə olmadığını nəzərə alaraq, təzminat iddiası təmin ediləcək. Onun icrası isə növbəti mərhələdir və əvvəldə də qeyd etdiyim kimi, artıq dünyada bu cür presedentlər var. Ermənistan vurduğu zərərə görə yaxasını kənara çəkə bilməyəcək”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO