Söz ehtiyatına görə rus dilinin ən zəngin dillərdən biri olması çox adama məlumdur. Ərazisinə görə Rusiyanın ən böyük dövlət olduğunu isə hamı bilir.
Bizim.Media xəbər verir ki, SSRİ dönəmində koreyalılar ruslara “maoza” deyirdilər. Tərcümədə saqqallı kişilər deməkdir.
Rusiya sözündən XVI əsrin sonunda istifadə olunmağa başlayıb. Mosvanın “Üçüncü Roma” ideyası o vaxt yaranıb.
Çinin Şivey əyaləti Enxe-Rus da adlanır. Əhalisinin yarısından çoxu ruslardır.
Finlər rusları “venyalyanen” adlandırır. Aşağılayıcı mənadadır.
Estonlar da rusları təhqiramiz “тыбла” kimi çağırırlar.
Rusca ən çox söz bazasına Puşkininin sahib olduğu iddia olunur (25 min). Bu miqdarda ingiliscə söz ehtiyatına Şekspir də malik olub.
Rus xalqının 19 çar və kraliçası olub.
Çar Rusiyası 241 il ərzində Osmanlı ilə 12 müharibə yaşayıb.
Rus dilində təkhecalı bir sifət var – “злой” (pis)
Rus dilində “люб” kökü ilə 441 söz mövcuddur.
Qədim Rusiyada kişilərə saqqalına görə qiymət verirdilər. Hətta üzü tüklü olmayanları yad bilir, ona qız vermirdilər.
Keçmişdə balalayka musiqi aləti tez-tez qadağan olunub. Çünki təlxəklik və avaraçılıq predmeti sayılırdı.
Rusların vineqret salatı Skandinaviya köklüdür. Köftələr (пелемени) isə tarixən Çinə aiddir.
Ruslar çörəyə hörmətlə yanaşıb. Hətta “çörək qaydaları” da mövcud olub. Belə ki, bərəkət rəmzi sayılan çörəyi yerə atmaq, qırıb tullamaq, süfrəsiz masaya qoymaq olmazdı.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:15 / 10.01.2022
Ruslar haqqında MARAQLI FAKTLAR: “Saqqalı olmayana qız vermirdilər” – “MAOZA”
Hazırda oxunan: Ruslar haqqında MARAQLI FAKTLAR: “Saqqalı olmayana qız vermirdilər” – “MAOZA”
Hazırda oxunan: Ruslar haqqında MARAQLI FAKTLAR: “Saqqalı olmayana qız vermirdilər” – “MAOZA”
54702
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.