“Hanı millət vəkilləri, hanı müxalifət partiyaları?” – İstiqlalçı deputatdan SƏRT TƏNQİD

“Hanı millət vəkilləri, hanı müxalifət partiyaları?” – İstiqlalçı deputatdan SƏRT TƏNQİD

Hazırda oxunan: “Hanı millət vəkilləri, hanı müxalifət partiyaları?” – İstiqlalçı deputatdan SƏRT TƏNQİD

54626

“Cənab Prezidentin bütün addımları kimi, bu əməlinə görə də minnətdaram. Lakin bunu ilk növbədə millət vəkilləri etməli idi. Hələ özünü hər addımda millətin xidmətçiləri elan edən müxalifət liderlərini demirəm, hanı onlar, harada gizləniblər, niyə susurlar?”

Bizim.Media xəbər verir ki, bu fikirləri istiqlalçı deputat Cümşüd Nuriyev Bizim.Media-ya müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Siyasi partiyalara tapşırıq verildi: “SƏRT MÖVQE TUTUN!”


Rusiya Dumasının parlamentarisi Vitali Milonovun Qarabağa qanunsuz səfəri səbəbindən, Prezident İlham Əliyev tərəfindən etiraz məktubunun ünvanlanmasını təqdir edən eks deputat, millət vəkillərini sərt tənqid edib:

“Onların çoxu adlarını millət vəkili qoyub, başqa millətin vəkili olmağa üstünlük verirlər. Bunlar müəyyən etməlidirlər ki, bunlar kimin vəkilidir? Nədən hər şeyi Cənab Prezident etməlidir? Bəs siz nədən ötərisiniz? Danışanda da elə danışırsınız ki, adam öz hislərinə şübhə edir”.

Cümşüd Nuriyev, millət vəkilləri ilə yanaşı müxalifət partiyalarını da susqunluqda ittiham edib:

“Təkcə millət vəkilləri yox, hanı bizim müxalifət partiyaları? Hanı bu ölkənin indiyə kimi yaxacıran, danışan müxalifəti? Niyə bunlar dünyaya müraciət etmirlər? Niyə bunlar yığışıb, bu məsələni gündəmə gətirmirlər?“

Cümşüd Nuriyev qeyd edib ki, İlham Əliyev görəcəyi işi gördü, zəfər qazandı:

“Cənab Prezident 300 ildən sonra qələbənin nə olduğunu xalqımıza dadızdırdı, Azərbaycan torpaqlarını geri aldı. Bütün dünya ermənilərini və onları dəstəkləyən qüvvələri yerində oturtdu. İndi biz hamımız onun yanında olmalı, dəstək dayanmalıyıq. Onun dəmir yumruğu bizik, bu millətdir. Lakin təəssüf ki, adını millət vəkili qoyan bir qrup adam susub.

Bilirsiniz, hər şeyi Prezident və ya parlamentin spikeri deməməlidir. Hətta komitə sədrlərini də kənara qoymaq olar. Çünki onlar danışanda dövlətin mövqeyi kimi qiymətləndirilə bilər. Bəs hara batıb bu qədər millət vəkili? 


Vallah ayıbdır. Onlar bir özlərinə hesabat versinlər ki, orada olmalarına səbəb olan dövləti, milləti dəstəkləmək yerinə, biznes və ya digər maraqlarına görə başqa ölkələri niyə dəstəkləməlidirlər?”

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO