"Vaşinqton ədalətli rəqabət apara bilmir" - Mariya Zaxarova

Hazırda oxunan: "Vaşinqton ədalətli rəqabət apara bilmir" - Mariya Zaxarova

5450

“ABŞ-ın Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemləri almasına görə sanksiya tətbiq etməsi Vaşinqtonun ədalətli rəqabət apara bilmədiyini bir daha göstərir”.

Bizim.Media bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Bu, qaydalara uyğun oynayaraq rəqabətə tab gətirməyin mümkünsüzlüyünün növbəti təzahürüdür. Hər nə qədər qanundan kənar olsa da, özümüz üçün bəzi rəqabət üstünlüklərini təmin etməkdən ötrü əlavə addımlar atmaq lazımdır".

"Bunlara həm də hərbi sənaye kompleksi xətti üzrə birtərəfli sanksiyalar da daxildir", - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO