Afiyəddin Cəlilovun Heydər Əliyevə Bişkekdən TƏCİLİ ZƏNGİ nə ilə bağlı olub? 

Afiyəddin Cəlilovun Heydər Əliyevə Bişkekdən TƏCİLİ ZƏNGİ nə ilə bağlı olub? 

Hazırda oxunan: Afiyəddin Cəlilovun Heydər Əliyevə Bişkekdən TƏCİLİ ZƏNGİ nə ilə bağlı olub? 

54393

Bu gün Azərbaycan Respublikasının tanınmış ictimai – siyasi xadimi Afiyyəddin Cəlilovun doğum günüdür.

Afiyəddin Cəlilov 1946-cı il yanvarın 8-də Naxçıvan şəhərində anadan olub. 1969-cu ildə Leninqrad (Sankt-Peterburq) Dağ-Mədən İnstitutunu və 1981-ci ildə Moskvada İKP MK yanında İctimai EA-nı bitirib.

Bizim.Media xəbər verir ki, o, 1969-1973-cü illərdə Naxçıvan duz mədənlərində mühəndis-mexanik işləyib.

Sonralar 1973-1979-cu illərdə məsul komsomol, partiya və dövlət işində çalışıb, Naxçıvan Vilayət Komsomol Komitəsinin 1-ci katibi və Azərbaycan LKGİ Milli Komitəsinin katibi işləyib. O, 1979-1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Milli Komitəsinin təlimatçısı, 1981-1989-cu illərdə Bakı şəhəri Nəsimi rayonu partiya komitəsinin 1-ci katibi kimi çalışıb.

Afiyəddin Cəlilov 1989-1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri, Partiya Komitəsinin 1-ci katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Prezidentinin müşaviri olub.

O, Naxçıvanda işlədiyi dövrdə Ermənistanın təcavüzü nəticəsində blokada şəraitində yaşayan Naxçıvan MR-in iqtisadi-sosial problemlərinin həlli, muxtar respublikada vətandaş həmrəyliyinin yaranması və sabitliyinin qoruyub saxlanması sahəsində önəmli fəaliyyət göstərib.

Afiyəddin Cəlilov 1992-ci ildən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini olub, ölkənin dövlət müstəqilliyinin möhkəmləndirilməsində və onun daxili və xarici siyasətinin formalaşmasında fəal iştirak edib. 

Bişkek protokolu

Afiyəddin Cəlilov 1994-cü il mayın 5-də hökumət tərəfindən Bişkek protokolunun imzalanmasına göndərilib. Həmin sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, DQEİ-nin üzvü, həmin günlərdə “DQR parlamentinin spikeri” kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi.

Təklif olunan protokolun imzanalmasında rəsmi Bakıya məlumat verilib ki, atəşkəsin imzalanması yalnız Azərbaycanla Ermənistan arasında olacaq.

O zaman Rusiyanı bu prosesdə təmsil edən ATƏT-in Minsk Qrupunun həmsədri Vladimir Kazimirov imzalanmaya çıxardığı protokola qondarma “Dağlıq Qarabağ Respublikası”nın adını da əlavə edib. Guya ki, atəşkəsi imzalayan tərəflərdən biri də “Dağlıq Qarabağ Respublikası”dır. O zaman qondarma respublikanı danışıqlarda tərəf kimi göstərməyə çalışırdılar.

Bunu gördükdən sonra Afiyəddin Cəlilov Bişkekdən birbaşa Heydər Əliyevə zəng vurub vəziyyət haqqında məlumat verdi. Heydər Əliyev də onun gecə geri dönməsini əmr etdi. Həmin gün Afiyəddin Cəlilov da protokolu imzalamadan Azərbaycana geri qayıtdı.

Ölümü

O, 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib. Afiyəddin Cəlilovun qətli ilə bağlı bu günədək müxtəlif versiyalar səsləndirilir.

Türkiyənin Azərbaycandakı səfirliyin keçmiş mətbuat müşaviri Turqut Ərin fikrincə, Afiyəddin Cəlilovun ölümünün əsas səbəbi də həmin Bişkek görüşü ilə bağlıdır. Burada Rusiya kəşfiyyatının sifarişçi qisimdə iştirakı təxmin edilir.

Qeyd edək ki, Naxçıvan şəhərində 12 saylı orta məktəb onun adını daşıyır. 2002-ci ildə İsa Nəcəfovun Afiyəddin Cəlilovun və Şəmsi Rəhimovun qətlinə və 1994, 1995-ci il hadisələrinə həsr olunmuş povesti nəşr olunub.

Afiyəddin Cəlilov 2 Şərəf nişanı ordeni və medallarla təltif olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO