Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiya yaxın vaxtlarda yaradıla bilər.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko RİA Novosti-yə müsahibəsində səsləndirib.
"Biz güman edirik ki, bu, tezliklə baş verəcək. Bu sazişin ən yüksək səviyyədə həyata keçirilməsi yolunda keçilməz maneə görmürük", - Rudenko bildirib.
Rusiya Federasiyasının xarici işlər nazirinin müavini qeyd edib ki, may ayında Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində vəziyyətin gərginləşməsinin əvvəlindən Rusiya vasitəçi rolunda çıxış edərək, Azərbaycan ilə Ermənistan arasında müvafiq danışıqlar prosesinin başlanmasına öz yardımını təklif edib.
Rudenko qeyd edib ki, “... problem sovet dövründən miras qalıb və iki ölkə arasında dövlət sərhədinin bütün uzunluğu boyunca lazımi beynəlxalq hüquqi qeydiyyatının olmaması ilə bağlıdır”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:53 / 29.12.2021
Sərhədin delimitasiyası üzrə komissiya nə vaxt fəaliyyətə başlayacaq? – MOSKVADAN AÇIQLAMA
Hazırda oxunan: Sərhədin delimitasiyası üzrə komissiya nə vaxt fəaliyyətə başlayacaq? – MOSKVADAN AÇIQLAMA
Hazırda oxunan: Sərhədin delimitasiyası üzrə komissiya nə vaxt fəaliyyətə başlayacaq? – MOSKVADAN AÇIQLAMA
53081
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.