Dekabrın 30-da Milli Məclis (MM) daha bir ilini arxada qoyacaq.
Bizim.Media-nın məlumatına görə, həmin gün MM-in 2021-ci ildə sonuncu plenar iclası keçiriləcək və bununla da parlamentin həm payız (qış) sessiyası başa çatacaq, həm bütövlükdə son bir illik fəaliyyəti yekunlaşmış olacaq.
MÖVZU İLƏ BAĞLI:
Deputatlar Milli Məclisə təqdimatı göndərilən yeni hakim siyahısına etiraz etdilər
Daha sonra isə deputatlar yanvarın 15-ə qədər istirahət edəcəklər.
Yanvarın 15-dən isə Milli Məclisin komitə iclasları başlayacaq. Bu iclaslarda komitələrin qarşıdan gələn sessiya ilə bağlı qanunvericilik işləri planı təsdiqlənir.
Məlumata görə, parlamanetin yaz sessiyası öz işinə fevralın 1-dən start verəcək.
Qeyd edək ki, yaz sessiyası may ayının 31-ə qədər davam edəcək.
Vüsalə Balayeva, Bizim.Media