"Dağlıq Qarabağın qurtuluşu ilə Qafqazda yeni bir dönəmin qapıları açılıb" - Ərdoğan

Hazırda oxunan: "Dağlıq Qarabağın qurtuluşu ilə Qafqazda yeni bir dönəmin qapıları açılıb" - Ərdoğan

5247

“Türkiyə bir əsr öncə Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunda olduğu kimi tarixi bir dönüm nöqtəsində azərbaycanlı qardaşlarının yanında yer alıb. Türkiyə və Azərbaycan bir daha qardaş olaraq qucaqlaşıb, keçmişdən bu günə yeni bir körpü inşa etdilər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa müraciətində bildirib.

O, bildirib ki, Bakı küçələrində Türkiyə və Azərbaycan bayraqlarını dalğalandıran qardaşlarımızın ruh yüksəkliyini birlikdə yaşadıq:

“Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında yaşananlar mərhum Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” ifadəsinin nə qədər doğru olduğunu bir daha təsdiq etdi”.

Türkiyə prezidenti həmçinin, Qarabağının qurtuluşu ilə Qafqazda yeni dövrün qapıları açıldı deyə vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO