“Azərbaycanla əməkdaşlığımız daha geniş perspektivlər açır” - Valentina Matviyenko

“Azərbaycanla əməkdaşlığımız daha geniş perspektivlər açır” - Valentina Matviyenko

Hazırda oxunan: “Azərbaycanla əməkdaşlığımız daha geniş perspektivlər açır” - Valentina Matviyenko

52212

“Azərbaycan Respublikası postsovet məkanında ən dinamik inkişaf edən ölkələrdən biridir. Makroiqtisadi sabitliyə nail olunub. Yeni iş yerləri yaradılır. Bütün bunlar ölkədə aparılan islahatların nəticəsidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Prezidenti İlham Əliyevin ad günü münasibəti ilə "Moskva-Bakı" portalına açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və komandası ölkənin siyasi, iqtisadi, sosial, mədəni reallıqlarına və ehtiyaclarına cavab verən prosesləri hazırlayıb həyata keçirməyə nail olub:

“Şübhəsiz ki, bu proseslər Rusiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün daha da geniş perspektivlər açır.
Biz Azərbaycan rəhbərliyinin öz vətəndaşlarına rus dilini öyrənmək və rus mədəniyyəti ilə tanış olmaq imkanları yaratmaq səylərini yüksək qiymətləndiririk. Azərbaycan mediasının təxminən 15 faizi rusdillidir. Rus dilində kitablar Rusiyadan gətirilərək Azərbaycanda çap olunur. Teatrlar rus dilində tamaşalar verir və çox populyardır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO