1991-ci ilin bu günü, dekabrın 21-də Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması ilə bağlı bəyannamə imzalandı.
Doğrudur, daha öncə dekabrın 8-də Rusiya, Ukrayna və Belarus Belavejk razılaşması ilə SSRİ-nin dağılmasını və MDB-nin yaradılmasını elan etmişdilər.
Lakin Azərbaycan, Ermənistan, Qazaxıstan, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan dekabrın 21-də Qazaxıstanın Alma-Ata şəhərində MDB-ə qoşulmaqla bağlı razılığa gəldilər.
MÖVZU İLƏ BAĞLI:
“Boris Yeltsin insan rüsvayçılığının simvoludur” - Yeltsinin əmisi nəvəsi
Həmin dövrdə siyasi proseslərin aktiv iştirakçısı və dövlət müşaviri olan Qabil Hüseynli
Bizim.Media ilə fikirlərini bölüşüb:
“Həmin dövrdə Azərbaycanla Ermənistan arasında müharibə davam edirdi və bizim müəyyən üstünlüyümüz var idi. Lakin Rusiya Prezidenti Boris Yeltsinin ermənilərə qarşı xüsusi simpatiyası hiss olunurdu. Və Alma-Ata razılaşmasından dərhal sonra Ermənistan MDB-ə daxil olduğunu bəyan etdi. Yeltsinin Azərbaycana qarşı mənfi münasibəti bundan sonra daha aydın şəkildə hiss olunurdu.
Belə ki, Gürcüstandan ayrılan Sovet ordusunun silah-sursatları Ermənistana göndərildi. Eyni zamanda Volqa-Don kanalı da Azərbaycanın üzünə bağlandı və nəticədə ciddi taxıl böhranı yarandı”.
“Lakin Azərbaycanda həmin dönəmdə MDB-ə daxil olmaqla bağlı razılaşma ratifikasiya edilmədi. Yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 1993-cü ilin sentyabrında qərar ratifikasiya olundu”, - deyə qeyd edən Qabil Hüseynli MDB-ə üzvlüyün Azərbaycana gətirdiyi faydalardan da danışıb:
“Azərbaycan MDB-ə daxil olduqdan sonra Yeltsinin ölkəmizə qarşı mövqeyində müəyyən dəyişiklər yarandı. Bundan əlavə, post-Sovet ölkələri ilə iqtisadi əlaqələrin yaranmasında da MDB-ə üzv olmaq Azərbaycanın xeyrinə oldu. O zamanlar, ölkənin kənd təsərrüfatında, xüsusilə də, taxılçılıqda ciddi böhran var idi. Azərbaycan MDB-ə üzv olduqdan sonra, Qazaxıstan və Ukraynadan taxıl idxalı prosesi xeyli asanlaşdı”.
Eks dövlət müşaviri MDB dövlət başçılarının 2-ci sammiti çərçivəsində baş verənləri də ictimaiyyətə açıqlayıb:
“Həmin dövrdə MDB ölkə başçılarının 2-ci sammitində Heydər Əliyevin başçılığı ilə iştirak edən nümayəndə heyətinin tərkibində mən də var idim. Ulu Öndər Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni müharibəsindən danışaraq, BMT-nin qəbul etdiyi 4 qətnaməni xatırlatdı.
Həmin sammitdə Heydər Əliyev MDB ölkələrinə Ermənistana sanksiyalar tətbiq edilməsi üçün müraciət etdi. Və bunun müəyyən qədər təsiri oldu. Belə ki, Yeltsin çıxışında Qarabağda baş verənləri Ermənistanın Azərbaycana qarşı təcavüzü kimi qiymətləndirərək, bunun MDB dövlətlərinin formalaşma prinsiplərinə zidd olduğunu söylədi”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:30 / 21.12.2021
Heydər Əliyev Yeltsinin fikirlərini necə dəyişdi? – Eks dövlət müşavirindən AÇIQLAMA
Hazırda oxunan: Heydər Əliyev Yeltsinin fikirlərini necə dəyişdi? – Eks dövlət müşavirindən AÇIQLAMA
Hazırda oxunan: Heydər Əliyev Yeltsinin fikirlərini necə dəyişdi? – Eks dövlət müşavirindən AÇIQLAMA
51718
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.