“Paşinyanın Gürcüstan səfəri barədə bildiklərimizə görə, orada siyasi müzakirə üçün cəmi 1 mövzu var – Gürcüstan Cənubi Qafqazda sülhə vasitəçilik edəcək”.
Bizim.Media ilə eksklüziv dialoq zamanı bunları deyən gürcü politoloq Gela Vasadze əlavə edib ki, hamı sülh istəyir, ilk növbədə isə Gürcüstan.
MÖVZU İLƏ BAĞLI:
Paşinyanın ETİRAFI: “Son bir ildə bütün döyüşlər Azərbaycan ərazisində olub”
Vasadzenin fikrincə, Gürcüstan vasitəçilik etməsə belə, ən azından danışıqlar üçün meydança rolunu oynamaqda israrlıdır:
“Rusiya Gürcüstanın bu təşəbbüslərinə çox qısqanc yanaşır. Bütün söhbətlərə səbəb isə odur ki, guya Avropa İttifaqı, yaxud ABŞ bu məsələdə Gürcüstana etimad göstərir və Tbilisidən öz nümayəndələri kimi istifadə edə biləcəklər. Bu, əsassız narahatlıqlardır. Nə Avropa ittifaqı, nə də ABŞ-ın buna ehtiyacı yoxdur”.
Vüsalə Balayeva, Bizim.Media