Qəbiristanlıqların dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara hesabat təqdim ediləcək - FOTO

Qəbiristanlıqların dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara hesabat təqdim ediləcək - FOTO

Hazırda oxunan: Qəbiristanlıqların dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara hesabat təqdim ediləcək - FOTO

51402

Ombudsman Səbinə Əliyeva işğaldan azad olunmuş Füzuli rayonundakı qəbiristanlıqların işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılması ilə bağlı faktaraşdırıcı missiya həyata keçirir.

Bu barədə Bizim.Media Ombudsman Aparatına istinadən xəbər verir.
 

MÖVZU İLƏ BAĞLI:

"Görün bu, vandalizmin hansı dərəcisidir ki..." - Hikmət Hacıyev 


Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə ölkəmizə qarşı ağır artilleriya qurğularından, qadağan olunmuş silahlardan istifadə edilməsi nəticəsində, eləcə də birbaşa qəsdlə Füzuli rayonunda da bütün mülki obyektlər, yaşayış məntəqələri, tarixi-mədəni, dini abidələr, hətta soydaşlarımızın dəfn olunduğu qəbiristanlıqlar da amansızcasına dağıdılib.

Faktaraşdırıcı səfər çərçivəsində Füzuli şəhəri və rayonun Qaraxanbəyli, Dədəli, Kürdlər kənd qəbiristanlıqlarının vəziyyəti ilə bağlı monitorinq aparılıb. Yerində araşdırmaların nəticələrinə dair hesabat hazırlanaraq, beynəlxalq və regional təşkilatlara göndəriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO