“Artıq sərhəddə sabitliyi proqnozlaşdırmaq olar” – Ekspertdən TƏFƏRRÜAT

“Artıq sərhəddə sabitliyi proqnozlaşdırmaq olar” – Ekspertdən TƏFƏRRÜAT

Hazırda oxunan: “Artıq sərhəddə sabitliyi proqnozlaşdırmaq olar” – Ekspertdən TƏFƏRRÜAT

51136

Siyasi şərhçilərin fikrincə, Brüssel görüşündə sərhəddə gərginliyin baş verməməsi də razılaşdırılıb. Amma unutmaq olmaz ki, Ermənistan noyabrın 16-sı bir günlük döyüşlərdən sonra Azərbaycanın qarşısında zəif olduğunu anlayıb süngüsünü qınına soxub. Bundan başqa noyabrın 26-da Soçidə üçtərəfli bəyanatın imzalanması da sərhəddə sabitliyin qorunmasına şərait yaradıb.

Dekabrın 14-də Brüssel görüşləri və sonra Paşinyanın saxlanılan baş qərargah rəis müavinlərini istefaya göndərməsi də toqquşmaların baş verməməsinə hesablanmış addım kimi yozulub. Yəni, atəşkəs uzunmüddətli qoruna bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Brüssel görüşündən DƏRHAL SONRA – Tərəflər yenidən Moskvaya yığışacaq – PLAN NƏDİR? 


Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Ermənistanda siyasi böhran aşkar gözə çarpmasa da, hərbi krizis kifayət qədər dərinləşib:

“Nikol vəzifəyə gətirmək üçün namizəd irəli sürə bilmir. Çünki hələ müharibə başa çatanda Errmənistanın 40 generalı Paşinyanın istefasını tələb edən bəyanat imzalayıb. İndi Nikol ona qarşı olan bu generallardan birini baş qərargah rəisi postuna gətirmək məcburiyyətindədir”.

Bizim.Media üçün özəl cavabında ekspert bildirib ki, həmin generallar da bu vəzifələri istəmirlər.

Çünki bilirlər ki, Ermənistan üçün ağrı-acılı hesab olunan proseslərə rəhbərlik etməli olacaqlar:

“Bu həm Zəngəzur dəhlizinin açılması, həm sərhədlərin demarkasiyası ilə bağlı ola bilər. Məsələn, Qazax, Kəlbəcər, Laçın tərəfdəki mübahisəli ərazilərdə qoşunlara “geri çəkil” əmrini məhz bu general verməli olacaq. Ona görə də Ermənistandakı  hərbi böhran getdikcə bir az da dərinləşəcək. Bu hərbi böhrandan və Azərbaycan ilə Ermənistan arasında birbaşa ikitərəfli kontaktın qurulmasından sonra sərhəddə müəyyən qədər sabitliyin mövcud olacağını proqnozlaşdırmaq olar”.

Haşiyəyə çıxaraq sonda onu da qeyd edək ki, Azərbaycanla Ermənistan dəmiryol xətlərinin inşası ilə bağlı razılıq əldə ediblər və 2022-ci ildə bu istiqamətdə işlərin başlanması gözlənilir.

Bu tip layihələrin reallaşdırılması üçün isə atəşkəs və sülh zərurətdir. Stoltenberq, Şarl Mişel, Makron və Putin də bunu dəstəkləyirlər. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO