İlham Əliyev və Nikol Paşinyan 4 saat yarım nədən danışıb? – Görüşün TƏFƏRRÜATI

İlham Əliyev və Nikol Paşinyan 4 saat yarım nədən danışıb? – Görüşün TƏFƏRRÜATI

Hazırda oxunan: İlham Əliyev və Nikol Paşinyan 4 saat yarım nədən danışıb? – Görüşün TƏFƏRRÜATI

50942

“Zənnimcə görüş tarixə düşə biləcək bir görüş olub. Çünki ilk dəfədir ki, Azərbaycan və Ermənistan liderləri hər hansı bir vasitəçi olmadan təkbətək görüşüb, ikili münasibətləri müzakirə edə biliblər”.

Bu sözləri Bizim.Media-ya eks dövlət müşaviri Qabil Hüseynli söyləyib. O, Brüsseldə keçirilən ikitərəfli görüşün digər siyasi anlamlarından da danışıb: 

“Bu vaxta qədər güclü ölkələrin prosesdə iştirakı sadə çözüm yollarına imkan verməyib. Ona görə də bunu tarixi bir şans, dönüş kimi səciyyələndirmək olar”. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Brüsseldə Nikol Paşinyanla təkbətək görüşdü


Qabil Hüseynlinin fikrincə, 4 saat yarımlıq görüşdə ikitərəfli münasibətlərin bütün istiqamətlərinə dair yeni həll variantları razılaşdırılıb. Bu həm kommunikasiyaların açılmasına dair, həm sərhədlərlə bağlı məsələlərdir. Sabiq dövlət müşaviri vurğulayıb ki, onsuz da sərhəd müəyyənləşdirilməsi bir günün işi deyil:

“Görüşün əsas mövzusu Qarabağdakı separatçıların taleyi olub. Zənnimcə, bu məsələdə prinsipial razılaşmalara gəlinib. Məsələnin ən diqqət çəkən tərəfi o ola bilər ki;

Hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanımaq haqqında razılıq əldə edir. 

Azərbaycan tərəfi də ərazi bütövlüyü daxilində Qarabağ ermənilərinin bundan sonra bu ərazilərdə yaşamasına bəlli bir təminat verir.
 

Hər halda Azərbaycan və Ermənistanın ərazi bütövlüklərinin qarşılıqlı olaraq tanınması danışıqlar prosesində çözülməli olan məsələlərin həllini daha da sürətləndirəcək. Çünki ikili görüşləırin davam etdirilməsi də razılaşdırılıb”. 


Politoloq xatırladıb ki, bölgədə Rusiyanın dominant rolu var və hər iki dövlət – Azərbaycan və Ermənistan bunu anlayır. Sözügedən dominantlığın müəyyən dərəcədə məhdudlaşdırılması da ikili görüşlərin başlıca mövzusu olub:

Çünki Ermənistanda Rusiya hərbi bazaları problemi var. 

Azərbaycanda sülhməramlıların bölgəyə yerləşdirilməsi məsələsi var.

“Çox şübhəsiz ki, tərəflər 4 saat yarımlıq görüşdə əldə etdikləri razılaşmalar barədə geniş açıqlamalar verməyəcəklər. Soçi adlanan prosesdə hərə öz rolunu oynamağa davam edəcək. Cənubi Qafqazın müstəqil və azad inkişafı üçün yolların aranıb tapılması istiqamətində daha çox çalışacaqlar”. 
 

Professor qeyd edib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə olan görüşdə məsələlərin mahiyyətinə çox da varılmaması, geniş müzakirələrin aparılmaması məhz yuxarıda sadalananlarla bağlıdır.


“Görüşlə bağlı Türkiyə də məlumatlıdır” deyən Qabil Hüseynli bunu Ankaranın İrəvanla münasibətləri nizamlamaq üçün nümayəndələr heyəti yaratmasını əsas gətirib:

“Yəni regiondakı proseslərdə açılım böyük sürətlə gedəcək. Nəhayət, bu başı bəlalı bölgədə möhkəm sülhün təməli qoyula biləcək”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO