Dekabrın 15-də Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığının (ŞT) 6-cı Zirvə Görüşündə ŞT ölkələri və Avropa İttifaqına üzv ölkələrin birgə bəyannaməsi qəbul edilib.
Bizim.Media-nın məlumatına görə, Azərbaycan bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmayıb.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Şərq Tərəfdaşlığı Sammitində çıxış etdi
Belə ki, Azərbaycan Respublikası özünü Şərq Tərəfdaşlığı Sammitinin 15 dekabr 2021-ci il tarixli Birgə Bəyannaməsinin 11-ci bəndindən ayırıb və bu Birgə Bəyannamənin Qoşmasının 8-ci bəndində istinad edilmiş “münaqişənin təsirinə məruz qalmış regionlarda” Azərbaycan Respublikasının müvafiq müraciəti və razılığı olmadan həyata keçirilən hər hansı əməliyyata münasibətdə qeyd-şərti var.
Sammitdə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel rəsmən bəyan edib ki, Azərbaycan birgə bəyannamənin Belarusdakı vəziyyətlə bağlı 11-ci bəndi ilə razılaşmayıb və həmin bəndlə bağlı öz mövqeyini ifadə edib.
Bizim.Media