"Bu gün layihəmiz sona çatır və irəlidə bu istiqamətdə hədəflərimiz böyükdür. Məqsəd meşələrin təkmil idarəetməsini təmin etməkdir".
Bizim.Media xəbər verir ki, bu sözləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofis rəhbərinin köməkçisi Bariz Mehdiyev Azərbaycanda meşə sahəsi üzrə bilik çərçivəsinin möhkəmləndirilməsi və monitorinqi" layihəsinin yekun seminarında qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın 2 rayonunda meşələr bərpa olunub – BMT rəsmisi
Onun sözlərinə görə, layihə 2018-2021-ci illəri əhatə edir və icrasına 1 milyon 484 min 247 ABŞ dolları vəsait xərclənib. 3 komponentdən ibarət layihənin məqsədi yerüstü ekosistemlərin dayanıqlı istifadəsini təmin etmək, bərpa və təşviq etmək, meşələri dayanıqlı idarə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq və torpaq deqredasiyasının qarşını almaq, eləcə də biomüxtəlifliyin itirilməsini dayandırmaqdır.
Bariz Mehdiyev layihənin hazırda hesablama mərhələsində olduğunu bildirib.
Alçina Amilqızı, Bizim.Media