Brüsseldə “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti keçirilir – İlham Əliyev çıxış edəcək

Brüsseldə “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti keçirilir – İlham Əliyev çıxış edəcək

Hazırda oxunan: Brüsseldə “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti keçirilir – İlham Əliyev çıxış edəcək

0:00
0:00
50729

Bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti keçiriləcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edəcək.

Sammitə Aİ-nin 27 ölkəsinin prezident və baş nazirləri qatılacaq. 

İclasın gündəliyinə “Şərq Tərəfdaşlığı” ölkələrində islahatlar və Aİ-nin proqrama sadiqliyi ilə bağlı məsələlər daxildir.

Liderlərin həmçinin bölgədə, o cümlədən Ukrayna, Belarusla sərhəddə təhlükəsizlik durumunu və Qarabağı müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramına Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Belarus daxildir. Rəsmi Minsk bu il iyunun 28-də üzvlüyünü saxlamaqla bu proqramda iştirakını dayandırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO