Azərbaycan səfiri etimadnaməsini Kraliçaya təqdim etdi - FOTO

Azərbaycan səfiri etimadnaməsini Kraliçaya təqdim etdi - FOTO

Hazırda oxunan: Azərbaycan səfiri etimadnaməsini Kraliçaya təqdim etdi - FOTO

50681

Bu gün Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov Britaniya Kraliçası Ülyahəzrət İkinci Yelizavetaya etimadnaməsini təqdim edib.

Bizim.Media xəbər verirki, COVID-19 pandemiyası ilə əlaqədar son iki il ərzində formalaşmış ənənəyə uyğun olaraq Kraliça II Yelizaveta görüşə onlayn qoşulub.

E.Süleymanov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Kraliçaya çatdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Səfirimiz britaniyalı nazirlə nəyi müzakirə etdi? – QƏFİL GÖRÜŞ - FOTO


O, yeni vəzifəsində iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsinə çalışacağını bildirib.

Kraliça II Yelizaveta Prezident İlham Əliyevin səmimi salamlarına görə təşəkkür edib, özünün də salamları və ən xoş arzularının Azərbaycanın dövlət başçısına çatdırılmasını xahiş edib. 

Kraliçə səfir Elin Süleymanova fəaliyyətində uğurlar arzu edib.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO