Qurban Qurbanovun Prezidentlə görüşdəki çıxışı - VİDEO

Qurban Qurbanovun Prezidentlə görüşdəki çıxışı - VİDEO

Hazırda oxunan: Qurban Qurbanovun Prezidentlə görüşdəki çıxışı - VİDEO

50454

“Mən çox istəyirdim ki, Sizi 44 günlük müharibədəki şanlı Zəfərimizdən sonra üzbəüz təbrik edim. Sizə bütün futbolçularımız adından, öz ailəm adından təşəkkür edirəm. Bu Qələbə xalqımızın gücünü göstərdi. İndiyədək nə qədər bizim güclü, bacarıqlı övladlarımız olmuşdursa, bundan sonra düşünürəm ki, onların sayı qat-qat çox olacaq”.

Bizim.Media xəbər verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Prezident İlham Əliyevlə görüşdə deyib.

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev “Qarabağ”ın futbolçularını qəbul etdi - FOTO


Ağdam klubunun baş məşqçisi qalibiyyətlərinə verdiyi dəyər üçün ölkə başçısına təşəkkür edib:

“Biz həmişə düşünmüşük ki, azarkeşlər üçün futbol oynayırıq, xalqımız, ölkəmiz üçün futbol oynayırıq.

Həmişə çalışmışıq ki, özümüzü düzgün, doğru idarə edək, ən başlıcası, oyunda nizamlı, intizamlı aparaq. Hər dəfə də görəndə ki, Siz uğurlarımıza, bizim davranışımıza bu cür dəyər verirsiniz, inanın ki, məsuliyyətimiz, istəyimiz, gücümüz daha da çoxalır. Mən həmişə Sizin fikirlərinizi, bizə necə dəyər verdiyinizi futbolçulara çatdırıram. Bununla biz daha da inamlı oluruq. Son oyunda hakimin səhvindən sonra, elə orada mən öz müsahibəmdə bildirdim ki, bizə qarşı böyük bir ədalətsizlik olub. Amma bu, bizə daha da güc verir və bizi daha da ruhlandırır. Onların qarşısında bunu söylədim. Biz bu cür ədalətsizlikləri dəfələrlə görmüşük. Ancaq öz istəyimizlə, xarakterimizlə, birliyimizlə bundan sonra da belə daha inamlı və daha da ürəkli olmağa çalışacağıq. Həqiqətən bizim üçün çox xoş oldu.

Çox sağ olun ki, bir daha bizi qəbul etdiniz və belə dəyər verdiniz. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Biz futbolçu olaraq, “Qarabağ” klubu olaraq həmişə Sizin yanınızdayıq. Təşəkkür edirəm”.

Prezident Qurbanova təşəkkür edərək yeni uğurlar, qələbələr arzulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO