“Ümid” partiyasının sədri İqbal Ağazadə parlamentin boş qalan yerlərinə namizədliyini irəli sürüb-sürməyəcəyi barədə danışıb.
Partiya sədri Bizim.Media açıqlamasında bildirib ki, bu məsələyə aydınlıq gətirmək üçün bu gün partiya üzvləri toplanacaq.
“Bu gün günortadan sonra partiyanın rəyasət heyətinin toplantısı olacaq. Əgər partiya müzakirələrdən sonra qərar versə Ümid partiyası parlamentin boş qalan dairələri üçün keçirilən seçkilərdə iştirak edəcək”.
MÖVZU İLƏ BAĞLI:
İqbal Ağazadə: “Elə bilirik, bayrağı vurub qoltuğumuza gedib Xankəndinə sancmaqla hər şey bitəcək”
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, tezliklə Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi yaxın vaxtlarda keçirilməsi planlaşdırılır.
Vüsalə Balayeva, Bizim.Media