"Ulu Öndər Heydər Əliyevlə məni Moldova prezidenti görüşdürdü” - Tanrıverdi Mustafayev

Hazırda oxunan: "Ulu Öndər Heydər Əliyevlə məni Moldova prezidenti görüşdürdü” - Tanrıverdi Mustafayev

0:00
0:00
50307

“Mənim yenidən Vətənə qayıtmağıma böyük şəxsiyyət, dünyaca şöhrətli bir dövlət adamı olan Ulu Öndərimiz Heydər Əliyev vəsilə oldu. Mən o görüşümüzü heç vaxt unutmayacam. Bu heyrətamiz bir hadisə idi. İnanın, xatırladıqca indi də güc alıram, hesab edirəm ki, bunda bir ilahi səbəb var” 

Bu fikirləri Bizim.Media-ya jurnalistlərin sevimlisi, “Azərişıq”ASC sədrinin müşaviri Tanrıverdi Mustafayev söyləyib.

T.Mustafayev qeyd edib ki, ötən əsrin 90-cı illərində Moldova Respublikası Nazirlər Kabineti yanında Milli münasibətlər Departamentində şöbə müdiri vəzifəsində çalışırdım. 1997-ci ilin noyabrında bu ölkənin Prezidenti Petru Lucinski ilə birlikdə nümayəndə heyətinin tərkibində Azərbaycana gəlmişdim:

“Cənab Petru Lucinskiyə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilməsi ilə bağlı keçirilən mərasimdə Heydər Əliyevlə ikilikdə görüşüb söhbət etdik. Ulu Öndər qürbətdə yaşayan bir azərbaycanlı kimi məni çox mehribanlıqla qarşıladı, gələcək fəaliyyətimdə, xüsusilə milli diasporumuzun təşəkkül tapması sahəsində mənə öz tövsiyələrini verdi. Bu tarixi görüş mənim ömür yolumu işıqlandırdı, bundan sonra Vətənə, xalqa, doğma Azərbaycana daha sıx tellərlə bağlandım”.

Tanrıverdi Mustafayev Heydər Əliyevlə sonralar da görüşdüyünü və Azərbaycana da onun təklifi ilə qayıtdığını bildirir:

“İlk görüşümüzdən sonra mən onun diqqət dairəsinə düşdüm. Ondan sonra harada görsə, bir başa yanına dəvət edir, hal-əhval tuturdu. Fenomenal yaddaşı vardı, danışılan bütün söhbətləri xırda nüanslarına qədər xatırlayırdı. Sonradan Moldavadan Azərbaycana qayıtmağıma da səbəb o böyük şəxsiyyət oldu”.

Ondan sonra dövlət tədbirlərində iştirak etdiyim zaman onun rastlaşıdığımda həmişə gözlərində bir məhəbbət gördüm, xüsusi doğmalıq hiss etdirirdi mənə:

“Bu gün belə bir dahinin qurduğu, müəllifi olduğu azad, qalib dövlətdə yaşamaqdan qürur duyuram. Çox xoşbəxtəm ki, onunla şəxsən tanış idim və tövsiyyələrini eşidib, həyatıma hopdurmuşam”.

“Azərişıq” rəsmisi qeyd edir ki, Ümumilli Liderin Azərbaycan energetikasına verdiyi töhfələr də saysız-hesabsızdır: 

“Ümummilli Lider Heydər Əliyev istər 70-80-ci illərdə, istərsə də müstəqillik illərində ölkənin energetika sahəsinə xüsusi qayğı və diqqət göstərİb. Bu gün paytaxtımızda, eləcə də regionlarımızda energetika sektorunda müsbət dəyişikliklər baş verir. 1990-cı illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan artıq onun ixracatçısına çevrilib”.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO