Millət vəkili Sahib Alıyev Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın lehinə çıxardığı qərarla bağlı öz fikirlərini bölüşüb.
Bizim.Media xəbər verir ki, deputat özünün “facebook” hesabından yazdığı statusda qərarın verildiyi tarixə diqqət çəkib:
“BMT-nin Beynəlxalq Məhkəməsi Ermənistandan orada azərbaycanlılara qarşı diskriminasiyaya son qoymağı tələb edərək bununla bağlı qərar çıxardı. Taleyin istehzasına baxın ki, bu qərar o torpaqların aborigen xalqı olan azərbaycanlıların sonuncu etnik təmizləməylə üzləşmələrinin 33-cü ildönümündə baş verdi”.
MÖVZU İLƏ BAĞLI:
Dini liderlərin Moskva GÖRÜŞÜ – “Rusiya İrana yerini göstərdi” – Sahib Alıyev
Sahib Alıyevin fikrincə, Ermənistandan didərgin salınan soydaşlarımız məhkəmənin bu qərarından sonra öz yurdlarına qayıtmalıdırlar:
“Bəli, indi Ermənistanda bir nəfər belə azərbaycanlı yoxdur, amma olmaldır. Biz BMT-nin Beynəlxalq Məhkəməsinin bu qərarına da istinad etməklə öz dədə-baba yurd yerlərimizə qayıtmalıyıq. Hansı statusla? Bax, burada Minsk qrupunun vasitəçiliyinə ehtiyac duyula bilər”.
Qeyd edək ki, dekabrın 7-də Haaqada Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi qərara görə, Ermənistan BMT-nin "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyası çərçivəsində götürdüyü öhdəliklərinə uyğun olaraq, öz ərazisində təşkilatlar və özəl şəxslər tərəfindən də daxil olmaqla azərbaycanlı milli mənsubiyyəti olan şəxslərə hədəflənmiş irqi ayrı-seçkiliyə təhrik və təşviqin qarşısını almalıdır.
Murad Əhmədov, Bizim.Media