Ermənilər susmağa məcbur edildi - Ermənistanın Haaqa FİASKOSU

Ermənilər susmağa məcbur edildi - Ermənistanın Haaqa FİASKOSU

Hazırda oxunan: Ermənilər susmağa məcbur edildi - Ermənistanın Haaqa FİASKOSU

49612

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistanın təcili tədbirlər görməsinə dair qərar verib.

Bizim.Media xəbər verir ki, məhkəmə Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar qəbul edib.

Bundan əlavə, Məhkəmə Ermənistanın Azərbaycan qarşısında qaldırdığı tələbləri də rədd edib. Qeyd edək ki, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı 3 iddia ilə çıxış edirdi:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın Azərbaycana qarşı iddiaları rədd edildi - Haaqa Məhkəməsi


- “Müharibə məhbuslarının” dərhal geri qaytarılması iddiası;

- Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası;

- Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası;

Ermənistanın sadalanan iddialarını təmin etməməsinin əsas səbəbi rəsmi İrəvanın bununla bağlı yetərli sübutları təqdim edə bilməməsi olub.

Bununla yanaşı, rəsmi İrəvandan azərbaycanlılara qarşı irqi ədavətin, düşmənçiliyin körüklənməsinin qarşısını almağı tələb edib.

Ümumilikdə, Haaqa məhkəməsində qazanılan zəfəri Azərbaycanın beynəlxalq arenada əldə etdiyi ən böyük nailiyyətlərdən biri adlandırsaq yəqin ki, yanılmarıq. Bunu isə, bir neçə amillə izah edə bilərik:

1. Erməni lobbisinin Qərbdə böyük təsir gücünün olması

2. Ermənistan hakimiyyətinin başında duran şəxsin məhz Qərbin adamı olması

3. Regional siyasətdə söz sahibi olmaq üçün Qərbin Ermənistanı maşa kimi istifadə etmək niyyətləri

Təbii ki, bu zəfər ilk növbədə ədalətin qələbəsi idi. Çünki Ermənistanın tələblərinə nəzər saldıqda  bütün iddiaların absurdluğuna heç bir şübhə yeri yoxdur.

Haaqa zəfəri Azərbaycana nələr qazandırdı? 

Bundan əlavə, Azərbaycanın Haaqa zəfəri və paralel olaraq Ermənistanın fiaskosu beynəlxalq arenanın hər iki tərəfə münasibətində müəyyən fərqlər yaradacaq. 
 

İlk növbədə, dekabrın 15-də Brüssel səfərinə Azərbaycan üstün tərəf kimi yollanacaq. Bu amil Haaqada yaxın perspektiv üçün rəsmi Bakının əldə etdiyi əsas dividend hesab oluna bilər.


Çünki əksər ekspertlər, Ermənistan tərəfinin bütün ümidlərini Brüssel görüşünə bağladığını qeyd edirdilər. Buna səbəb kimi isə, görüşün Paşinyanın üz tutduğu Qərbin təşkilatçılığı ilə keçiriləcəyi göstərilirdi.

İkinci önəmli nüans isə, Ermənistanın gələcək dövrdə təmin olunmayan iddiaları bir daha səsləndirə bilməyəcəyidir. Sirr deyil ki, xüsusilə də, diversantlar məsələsi erməni siyasətçilər tərəfindən xarici ölkə nümayəndələri ilə görüşlərdə və beynəlxalq arenalardakı çıxışlarda əsas istinad nöqtələrindən biri idi.

Üçüncü və ən vacib məqam isə, Azərbaycanın Ermənistandan tələb etmək hüququ olan məsələlərə daha birinin əlavə olunmasıdır.
 

Bundan sonra rəsmi Bakı Azərbaycana qarşı revanşist çıxışlar edən, Ermənistan vətəndaşları ilə bağlı hüquqi tədbirlərin görülməsi üçün mühüm təzyiq mexanizminə malik olacaq.


Nəzərə alsaq ki, erməni revanşizmi günümüzdə özünü “Qarabağ klanı”nın cəlladlarının timsalında büruzə verir, o zaman Azərbaycan Xocalı qatillərini; köçəryanları, sarkisyanları hüquqi məsuliyyətə cəlb etmək imkanını da əldə edə bilər.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO