ATƏT-in Minsk Qrupunun həmsədrləri Stokholmda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin onların himayəsi altında birgə görüşünün keçirilməsinin mümkün olmamasından təəssüflənirlər.
Bizim.Media xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), İqor Xovayev (RF) və Bris Rokfeyl (Fransa) bəyanatında deyilir.
Bəyanatın tam mətnini təqdim edirik:
“Həmsədrlər ATƏT Nazirlər Şurasının Stokholmda keçirilən iclası çərçivəsində dekabrın 1-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, dekabrın 2-də isə Azərbaycanın xarici işlər naziri Cehun Bayramov ilə görüşüblər. Həmsədrlər ATƏT-in yeni sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.
Həmsədrlər Stokholmda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin onların himayəsi altında birgə görüşünün keçirilməsinin mümkün olmamasından təəssüflənirlər.
Sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə başlanmış müzakirələrin davam etdirilməsinə şərait şərait yaradan kimi belə bir görüşü keçirməyə hazır olduqlarını bildirirlər”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:36 / 05.12.2021
Həmsədrlərdən növbəti BƏYANAT: "Stokholm görüşünün keçirilməməsinə təəssüflənirik"
Hazırda oxunan: Həmsədrlərdən növbəti BƏYANAT: "Stokholm görüşünün keçirilməməsinə təəssüflənirik"
Hazırda oxunan: Həmsədrlərdən növbəti BƏYANAT: "Stokholm görüşünün keçirilməməsinə təəssüflənirik"
49148
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.