İlham Əliyev türkiyəli Nobel mükafatçısı ilə görüşdü - FOTO

İlham Əliyev türkiyəli Nobel mükafatçısı ilə görüşdü - FOTO

Hazırda oxunan: İlham Əliyev türkiyəli Nobel mükafatçısı ilə görüşdü - FOTO

48793

Prezident İlham Əliyev bu gün ABŞ-ın Şimali Karolina Universitetinin biokimya və biofizika fakültəsinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü, dünya şöhrətli alim Əziz Sancarı qəbul edib.

Bizim.Media xəbər verir ki, Əziz Sancar Vətən müharibəsində Qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib və bu Qələbədən bütün türk dünyasının qürur hissi keçirdiyini deyib.

Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini QƏBUL ETDİ


Prezident İlham Əliyev Vətən müharibəsi zamanı Əziz Sancarın Azərbaycanın haqlı mövqeyini şəxsən dəstəkləməsini və təbrik etməsini yüksək qiymətləndirərək, bunun ölkəmizin haqq səsinin dünyada ucaldılması işinə xidmət etdiyini vurğulayıb.

Dövlət başçısı müharibə dövründə ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində valideynlərini itirmiş uşağa Əziz Sancarın yardım etməsini xatırladaraq, bunu böyük insanpərvərlik nümunəsi kimi qiymətləndirib.

Əziz Sancarı türk dünyasının önəmli şəxsiyyəti kimi dəyərləndirən Prezident İlham Əliyev onun ölkəmizə səfərə gəlməsindən məmnunluğunu bildirib və Azərbaycan xalqının ona həm bir alim, həm də bir vətənpərvər insan kimi böyük hörmət və sevgi bəslədiyini xüsusi olaraq vurğulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO