Ombudsman Ermənistanın müharibə cinayətlərindən danışdı

Ombudsman Ermənistanın müharibə cinayətlərindən danışdı

Hazırda oxunan: Ombudsman Ermənistanın müharibə cinayətlərindən danışdı

48632

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İtaliyada rəsmi səfərdədir.

Bizim.Media xəbər verir ki, S.Əliyeva bu ölkənin rəsmi şəxsləri və insan hüquqları sahəsində fəaliyyət göstərən digər aidiyyəti təşkilatların nümayəndələri ilə görüşlər keçirəcək.

Görüşlərdə uzun illər boyu Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə cinayətləri, işğalın nəticələri barədə geniş məlumat veriləcək.

Bu gün İtaliya İnsan Hüquqları Federasiyası tərəfindən təşkil edilmiş görüş çərçivəsində Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyət, təsisatda yeni yaradılmış struktur vahidləri, eyni zamanda soydaşlarımızın pozulmuş hüquqlarının bərpası istiqamətində həyata keçirilmiş işlər barədə ətraflı məlumat verib.

Görüşdə Ombudsman iştirakçıların çoxsaylı suallarını cavablandırıb və faktaraşdırıcı missiya hesabatlarının nüsxələrini Federasiyanın üzvlərinə təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO